Argentina milli futbol komandasının kapitanı Lionel Messi 2026 Dünya çempionatında komandasının yenidən uğur qazanmaq gücündə olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə Messi Qətərdə əldə olunan 2022-ci il dünya çempionluğunun təkrarlanıb-təkrarlana bilməyəcəyi ilə bağlı sualı cavablandırarkən danışıb.
“Bəli, bu komanda yenidən cəhd edəcək. Əlindən gələni edəcək və sonadək mübarizə aparacaq. Amma xırda detallara görə turnirdən kənarda qala bilərsən, hər komanda sənə problem yarada bilər”, - deyə kapitan vurğulayıb.
Argentina 2026 Dünya Çempionatının əsas favoritlərindən biri sayılır. Bununla yanaşı, Avropa çempionu İspaniya da titul uğrunda iddialı komandalar sırasındadır. Turnirin 48 komandalı yeni formatı böyük yığmalar üçün riskləri artıracaq və nəticələri daha az proqnozlaşdırılan edəcək.
