Qurban Qurbanovun 17 il əvvəlki fotosu yenidən gündəm oldu - FOTO/VİDEO

Xəbərlər
4 Dekabr 2025 16:44
30
Qurban Qurbanovun 17 il əvvəlki fotosu yenidən gündəm oldu - FOTO/VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 17 il əvvəl çəkilən fotosu sosial şəbəkələrdə gündəmi zəbt edib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax” üzərində 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubiley oyunu olub. Təcrübəli mütəxəssis Ağdam klubunun baş məşqçisi kimi 800-cü matçına çıxıb.

Bu münasibətlə sosial şəbəkələrdə Qurban Qurbanovun “Qarabağ”la ilk müqavilə imzaladığı vaxt “Futbol+qol” qəzetinə verdiyi müsahibənin fotosu yenidən paylaşılıb.

Həmin vaxt yazının başlığı belə idi: “Qurban Qurbanov çempionluğa söz vermədi”.

2008-ci ildən komandanı çalışdıran Qurbanov bu müddətdə “Qarabağ”a 10 ölkə çempionluğu, 1 gümüş, 2 bürünc medal, həmçinin 6 ölkə kuboku qazandırıb. Onun rəhbərliyi altında komanda artıq 12-ci dəfə avrokubokların əsas mərhələsində çıxış edir və iki dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Mütəxəssis 800-cü oyunla bağlı mətbuat konfransında təvazökar açıqlama verib: “Belə rəqəmləri özüm hesablamıram. Uğurlu statistikadırsa, sevindiricidir. Hər məşqçinin arzuladığı karyera olur. Əgər 200-300 uğurlu oyun keçirmişəmsə, istəyərəm 1000-ə də çatsın”.

İdman.Biz