"Kayzerslautern"də 10 nömrə Mahir Emreliyə verilib

Xəbərlər
24 İyun 2025 20:44
68
"Kayzerslautern"də 10 nömrə Mahir Emreliyə verilib

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Kayzerslautern"lə rəsmi müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, 27 yaşlı futbolçunun yeni komandasında geyinəcəyi forma da bəlli olub.

Emreli Almaniyanın "Kayzerslautern" klubunda 10 nömrəli formanı geyinəcək. O, komanda ilə üç illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mahir ötən mövsümü "Nürnberq"də keçirib. 2-ci Bundesliqa klubu "Kayzerslautern" isə yarışı 7-ci pillədə başa vurub.

İdman.biz