Azərbaycan futbol millisinin və Ukraynanın “Bukovina” klubunun hücumçusu Renat Dadaşov ciddi zədə ilə üzləşib.
İdman.Biz Ukrayna mediasına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun UEFA Millətlər Liqasının oyunlarından sonra klubuna zədəli qayıtdığı məlum olub.
Tibbi müayinə nəticəsində Dadaşovun budunun ön səthində əzələ yırtığı aşkarlanıb.
Həkimlərin proqnozuna əsasən, Azərbaycan millisinin üzvü noyabrın sonu və ya dekabrın əvvəlində yaşıl meydanlara qayıda bilər.
Hücumçu “Bukovina”nın qarşıdakı oyunlarını buraxmalı olacaq.
