"Qarabağ" iki futbolçu ilə vidalaşıb - FOTO/VİDEO

Xəbərlər
11 İyun 2025 21:56
68
"Qarabağ" iki futbolçu ilə vidalaşıb - FOTO/VİDEO

"Qarabağ" Patrik Andrade və Marko Veşoviçlə vidalaşıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada hər iki futbolçuya təşəkkür olunub, gələcək karyerasında uğurlar arzulanıb. 2020-ci ildən "Qarabağ"da çıxış edən Patrik bu müddət ərzində 149 oyunda 16 qol vurub, 16 ötürmə verib.

2021/2022 mövsümündən Ağdam klubunda çıxış edən Marko 134 qarşılaşmada 5 qol vurub, 16 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hər iki futbolçu ilə başa çatan müqavilənin müddəti artırılmayıb.

İdman.biz