Orxan Məmmədov: "Prezident İlham Əliyevin dəstəyi, xeyir-duası sayəsində qələbə qazana bildik"

Xəbərlər
2 İyun 2025 03:30
90
Orxan Məmmədov: "Prezident İlham Əliyevin dəstəyi, xeyir-duası sayəsində qələbə qazana bildik"

“Hisslərimizi sözlə ifadə etmək çətindir".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov milli komandamızın dünya çempionluğunu qazanmasını şərh edərkən deyib.

O, Azərbaycan xalqına, Milli Gimnastika Arenasına toplaşan azarkeşlərə öz təşəkkürünü bildirib: "Onların dəstəyini hiss etməsəydik, belə bir uğur qazanmaq çətin olardı. Futbolçularımız dünya çempionatı boyunca səhvsiz irəlilədilər. Final qarşılşamasında da möhtəşəm çıxış edərək, bizə zəfər sevinci yaşatdılar”.

Orxan Məmmədov qazanılan uğurda Azərbaycan Prezidenti İlham Əliyevin rolunun böyük olduğunu qeyd edib: “Prezident İlham Əliyevin dəstəyini də unutmamalıyıq. Onun bizə dəstəyi, xeyir-duası sayəsində qələbə qazana bildik. Bunun üçün ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Daim dövlətin dəstəyini hiss edirik. Bundan sonra da gənc nəslin minifutbola cəlb olunması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi həlledici matçda Macarıstan komandasına 4:2 hesabı ilə məğlub edərək mundialın qalibi olub.

İdman.biz