Millimizin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər

1 İyun 2025 17:12
245
Millimizin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri II Şəhidlər Xiyabanını ziyarət ediblər.

İdman.biz xəbər verir ki, komanda üzvləri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiramlarını bildirib, məzarları üstünə gül dəstələri qoyublar.

İdman.biz