“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 33-cü turunda “Arsenal” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra London klubunun müdafiəçisi Qabriel Maqalyaynşlə yaşadığı qarşıdurmadan və sevgilisinin buna reaksiyası barədə danışıb.
İdman.Biz xəbər verir ki, Holandın açıqlamasını Britaniya mətbuatı yayıb.
Xatırladaq ki, oyunun ikinci hissəsində epizodların birində Maqalyaynş hətta Holandın formasını cırıb.
Norveçli bombardir zarafatla bildirib ki, bu hal onun sevgilisində müəyyən şübhələr yarada bilər.
“Görünür, mənim formamı bir az cırdılar! Üstəlik, buna görə faul da verilmədi - bu günlərin İngiltərə Premyer Liqası belədir! Burada bir az sərtlik var. Çoxlu təkbətək mübarizələr gedir. Çoxlu cızıqlar olur və onların bəziləri mənim sevgilimə heç də xoş gəlmir, çünki bir az qəribə görünür! Amma reallıq budur”, - deyə Holand bildirib.
Bu oyundan sonra “Mançester Siti” 67 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Arsenal” isə 70 xalla birinci yerdədir.
