Premyer Liqanın bombardiri “Qarabağ”la kubok oyununu buraxa bilər

21 Aprel 2026 12:26
102
Premyer Liqanın bombardiri “Qarabağ”la kubok oyununu buraxa bilər

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qarabağ”la oyununda (0:1) zədələnən “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gəlib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, üz nahiyəsində sınıq aşkarlanan hücumçu böyük ehtimalla Ağdam klubuna qarşı keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

Premyer Liqanın bombardiri ilə bağlı son qərarı həkimlər verəcək.

Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı aprelin 22-də “Bank Respublika Arena”da təşkil olunacaq. İlk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz