“Qarabağ”dan Jali Muaddibinin transferi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA - YENİLƏNİB

21 Aprel 2026 17:13
833
“Qarabağ”dan Jali Muaddibinin transferi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA - YENİLƏNİB

Sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun Fransanın U-19 millisinin sabiq üzvünü Jali Muaddibini heyətinə qatdığı iddia olunub.

Məsələ ilə bağlı İdman.Biz “Qarabağ” futbol klubunun mətbuat xidmətinə sorğu ünvanlayıb.

“Transfer məsələsi ilə bağlı hər hansı yenilik və ya rəsmi qərar olacağı təqdirdə, bu barədə məlumat klub tərəfindən rəsmi qaydada ictimaiyyətə açıqlanacaq”, - deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl “Zirə”nin sabiq futbolçusu Salifu Sumanın kluba transfer olması ilə bağlı iddialarda aydınlıq gətirib.

13:44

“Qarabağ” futbol klubunun hazırda İsveçin “Malmö” klubunda çıxış edən “Zirə”nin sabiq futbolçusu Salifu Sumanı heyətinə qatdığı iddia olunur.

Məsələ ilə bağlı İdman.Biz “Qarabağ” futbol klubunun mətbuat xidmətinə sorğu ünvanlayıb.

“Transfer məsələsi ilə bağlı hər hansı yenilik və ya rəsmi qərar olacağı təqdirdə, bu barədə məlumat klub tərəfindən rəsmi qaydada ictimaiyyətə açıqlanacaq”, - deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, “Qarabağ” hazırda turnir cədvəlində 56 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz