Final ərəfəsində azarkeşlər arasında dava - restoran stulları göydə uçuşub - VİDEO

Xəbərlər
28 May 2025 10:30
96
Final ərəfəsində azarkeşlər arasında dava - restoran stulları göydə uçuşub - VİDEO

“Betis” və “Çelsi” azarkeşləri Konfrans Liqasının finalı ərəfəsində dalaşıblar.

İdman.biz xəbər verir ki, Polşanın Vrotslav şəhərinin mərkəzi meydanlarından birində baş verən qarşıdurma zamanı fanatlar bir-birinə stəkan, butulka və restoran stulları atıb, sonra isə əlbəyaxa dava ediblər.

Hadisə yerinə gələn polis əməkdaşları azarkeşləri saxlamaq üçün bibər qazından istifadə ediblər.

Bildirilib ki, qarşıdurmalar Vrotslavın digər yerlərində də davam edib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının "Betis" - "Çelsi" finalı bu gün Vrotslavdakı "Wroclaw Stadium"da keçiriləcək və Bakı vaxtilə saat 23.00-da başlayacaq.

İdman.biz