Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubundakı taleyinə aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, bunu 2-ci Bundesliqa klubunun mətbuat xidməti açıqlayıb.
27 yaşlı hücumçu ilə yayda başa çatacaq müqavilə uzadılmayacaq. Bununla bağlı klub və forvard arasında razılıq əldə olunub.
Klubun idman direktoru Coti Hatzialeksiu bu qərarı belə izah edib: “Bizim üçün müqaviləsi başa çatacaq futbolçularla bağlı məsələlərə mumlun qədər tez aydınlıq gətirmək vacibdir. Mahirlə yaydan sonra əməkdaşlıq etməməyə razılaşdıq. Biz ona cari mövsümdəki səylərinə, xüsusilə işinə sadiqliyinə və son oyunlarındakı qollarına görə təşəkkür edirik. Ona mövsümdəki son oyunumuzdan sonra gələcək karyerası və şəxsi həyatında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Mahir ötən ilin yayında Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib. O, çempionatda 22 oyunda 7 qol və 1 assistə imza atıb.
İdman.biz