Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.
İdman.biz xəbər verir ki, ilk gündə bir matç baş tutacaq.
Finalın ilk iştirakçısı Milanda müəyyənləşəcək. “İnter” səfərdə heç-heçə etdiyi “Barselona”nı qəbul edəcək.
Qeyd edək ki, mayın 7-də keçiriləcək digər yarımfinal oyununda PSJ və “Arsenal” üz-üzə gələcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. “İnter” – “Barselona”
İlk oyun – 3:3
İdman.biz