“Turan Tovuz”un futbolçusu: “Avrokuboklara vəsiqə üçün sonadək mübarizə aparacağıq” - MÜSAHİBƏ

13 Oktyabr 2026 12:22
85
“Turan Tovuz”un futbolçusu: “Avrokuboklara vəsiqə üçün sonadək mübarizə aparacağıq” - MÜSAHİBƏ

“Hər şeydən önəmlisi, pis və ya yaxşı oynamağından asılı olmayaraq, 3 xal qazanmaqdır”.

Bunu Turan Tovuz”un kolumbiyalı futbolçusu Hayderson Hurtado sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə” də avrokuboklar uğrunda ciddi mübarizə aparır. Onlarla rəqabətdə hədəfinizə çatmaq nə dərəcədə çətin olacaq?

– Avrokuboklara vəsiqə üçün sonadək oynayacaq və vuruşacağıq. Hər bir komanda ilə oyunlarımız çətin olacaq. Amma biz özümüzə inanırıq.

– Lakin “Turan Tovuz” yaratdığı epizodlardan yararlana bilmir. Bunun üzərində çalışırsınız?

– Biz oyundan-oyuna artırmalıyıq. Bir oyunda qələbə qazandıqdan sonra növbətisini düşünməliyik. Hədəfimizə doğru yavaş-yavaş gedirik.

– Milli fasilə komandanıza daha yaxşı hazırlaşmağınız baxımından faydalı oldumu?

– İstirahət təkcə bizə yox, hamıya kömək etdi.

– Həmyerliniz Kamilo Duran da Azərbaycanda “Qarabağ” kimi klubda oynamasına baxmayaraq, Kolumbiya millisinə çağırılmırdı. Bu dəvət Şotlandiya “Seltik”inə transfer olunduqdan sonra gəldi. Belə çıxmırmı ki, bu, Azərbaycan Premyer Liqasının daha aşağı səviyyədə olmasına görədir?

– Düşünmürəm ki, bu, liqanın səviyyəsindən asılıdır. Sadəcə, çağırış onların özlərindən gəlməlidir. Bizdən heç nə asılı deyil.

– Bəs özünüz Kolumbiya millisindən dəvət gözləyirsiniz?

– Xeyr.

– Növbəti görüşü “İmişli”yə qarşı keçirəcəksiniz. Gözləntiləriniz nədir?

– Əvvəlcə bərpa olunmalı, daha sonra məşqləri bərpa etməliyik. Həftə ərzində hazırlaşmalıyıq. Hələlik “İmişli” ilə oyun barədə heç nə deyə bilmərəm. Ən vacib məsələ budur ki, qalib gəldik. Ailəmizlə vaxt keçirərək, istirahət etdikdən sonra növbəti görüşü düşünəcəyik.

– Komandanızın baxımlı oyundansa nəticəni düşünməsi doğrudurmu?

– Hər şeydən önəmlisi, pis və ya yaxşı oynamağından asılı olmayaraq, 3 xal qazanmaqdır.

İdman.Biz