“Əl-Hilal” baş məşqçisi ilə rəsmən vidalaşıb

Xəbərlər
3 May 2025 10:14
252
“Əl-Hilal” baş məşqçisi ilə rəsmən vidalaşıb

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçisi Jorje Jezuşla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Portuqaliyalı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) iki gün sonra xitam verilib. Jezuş klubdakı ikinci dönəmində ölkə çempionluğu, iki Superkubok, bir kubok qazanıb.

Qeyd edək ki, Jezuş komandanı 130 oyuna çıxarıb. Bu müddətdə 101 qələbə, 18 heç-heçə və 11 məğlubiyyət qeydə alınıb.

İdman.biz