Benito Mussolininin nəticəsi “Latsio”nun heyətində debüt etdi

25 Avqust 2026 15:42
67
Benito Mussolininin nəticəsi “Latsio”nun heyətində debüt etdi

Müdafiəçi Romano Floriani Mussolini İtaliyanın “Latsio” futbol klubunun heyətində debüt edib.

İdman.Biz xəbər verir ki, Floriani Mussolini “Bolonya” ilə oyunun (1:0) 19-cu dəqiqəsində meydana daxil olub.

Futbolçu oyunun sonuna qədər meydanda olub və sarı vərəqə ilə də cəzalandırılıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu Roma klubunun yetirməsidir.

Floriani 1925–1945-ci illərdə İtaliyasının hökumət başçısı olmuş Benito Mussolininin nəticəsidir.

Maraqlıdır ki, B.Mussolini 1926-cı ilin oktyabrında “Bolonya”nın stadionunun açılışını şəxsən edib.

İdman.Biz