“Aston Villa” “Milan”ın hücumçusu Rafael Leaunu transfer etməkdə maraqlıdır

25 Avqust 2026 14:57
82
“Aston Villa” “Milan”ın hücumçusu Rafael Leaunu transfer etməkdə maraqlıdır

İngiltərənin “Aston Villa” futbol klubu “Milan”ın hücumçusu Rafael Leaunu transfer etməkdə maraqlıdır.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio məlumat verib.

“Birmingem” klubu “Rossoneri” ilə danışıqlar aparır və mümkün transfer məbləğini müzakirə edir. 27 yaşlı portuqaliyalı futbolçunun özü də keçidə açıqdır.

Qeyd olunur ki, vinger karyerasında ilk dəfə “Milan”dan ayrılmağa bu qədər yaxındır.

Leau 2019-cu ildən “Milan”da çıxış edir. Futbolçu 2025/2026 mövsümündə 31 matç keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: