“Xankəndi” Kristian Kamta Fokunu heyətinə qatdı

25 Avqust 2026 14:28
94
“Xankəndi” Kristian Kamta Fokunu heyətinə qatdı

Futbol üzrə Azərbaycanın Birinci Liqa təmsilçisi “Xankəndi” Kristian Kamta Fokunu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı kamerunlu futbolçu 2025/2026 mövsümündə Azərbaycanın digər klubu “Difai”də forma geyinib.

İdman.Biz