Elgiz Kərəmli: “Milli komandada çalışmaq qürurvericidir”

25 Avqust 2026 15:13
81
Elgiz Kərəmli: “Milli komandada çalışmaq qürurvericidir”

“Milli komandada çalışmaq qürurvericidir”.

Bu barədə Azərbaycanın U-19 futbol millisinin baş məşqçisi təyin olunan Elgiz Kərəmli deyib.

34 yaşlı mütəxəssis AFFA rəhbərliyinə təşşəkkürünü bildirib.

“Bu məsuliyyətli işi mənə etimad edib güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Məqsədimiz komandada sağlam rəqabət, birlik yaratmaq və ölkəni Avropada layiqincə təmsil etməkdir”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

E.Kərəmli qarşıdakı müddətdə futbolçuları daha yaxından tanımaq, onların potensialını düzgün qiymətləndirmək və ən yaxşı heyəti formalaşdırmaq üçün çalışacağını söyləyib:

“İnanıram ki, birlikdə Azərbaycan futbolunun gələcəyi üçün yaxşı işlər görə bilərik”.

Qeyd edək ki, AFFA Elgiz Kərəmlinin U-19 millisinə baş məşqçi təyin olunmasını ötən gün açıqlayıb.

İdman.Biz