Çempionlar Liqası: "Arsenal" öz meydanında uduzub - YENİLƏNİB - VİDEO

Xəbərlər
30 Aprel 2025 00:54
696
Çempionlar Liqası: "Arsenal" öz meydanında uduzub - YENİLƏNİB - VİDEO

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç keçirilib.

Günün yeganə qarşılaşması Londonda keçirilib. “Arsenaı” PSJ ilə üz-üzə gəlib. Matçın 4-cü dəqiqəsində hesab açılıb. Usman Dembele dəqiq zərbə ilə qonaqları önə keçirib. Bundan sonra komandaların səyləri nəticəsiz qalıb və fransalılar cavab matçına daha üstün durumda çıxacaqlar.

Qeyd edək ki, yarımfinalın digər oyunnunda “Barselona” öz meydanında “İnter”i sınağa çəkəcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
29 aprel

23:00. “Arsenal” - PSJ - 0:1
Qol: Dembele, 4

İdman.biz