“Bavariya” itki ilə üzləşib.
İdman.biz xəbər verir ki, yarımmüdafiəçi Camal Musiala Bundesliqanın “Auqsburq”la matçında zədələnib.
Klubun idman direktoru Maks Eberl futbolçunun durumuna şərh verib: “Təəssüf ki, onun durumu yaxşı görünmür. O, “İnter”lə Çempionlar Liqasının gələn həftə keçiriləcək matçını buraxacaq”.
Qeyd edək ki, “Bavariya” səfər oyununda 3:1 hesablı qələbə qazanıb.
İdman.biz