Millimiz bu dəfə uduzub

22 Mart 2025 19:14
214
Millimiz bu dəfə uduzub

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama görüşünü keçirib.

İdman.biz xəbər verir ki, U-19 Qəbələdə Moldova müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.

İdman.biz