Kouldan böyük üstünlük

3 Yanvar 2025 16:40
656
Kouldan böyük üstünlük

İngiltərə Premyer Liqasında il ərzində ən çox qol epizodu yaradan futbolçu bəlli olub.

İdman.biz xəbər verir ki, “Çelsi”nin futbolçusu Koul Palmer bu göstəricidə hamını qabaqlayıb.

O, 2024-cü ildə 45-dən çox imkan yaradan yeganə oyunçu olub. Koul bunu 52 dəfə bacarıb.

Qeyd edək ki, Palmer cari mövsümün 19 oyununda 12 qol və 6 asssitə imza atıb.

İdman.biz