Messi "İnter Mayami" ilə Liqa Kubokunu qazanıb - VİDEO - FOTO

Xəbərlər
20 Avqust 2023 08:03
Messi "İnter Mayami" ilə Liqa Kubokunu qazanıb - VİDEO - FOTO

"İnter Mayami" Liqa Kubokunun finalında ""Neşvill" "i penaltilər seriyasında 10:9 hesabı ilə məğlub edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib.

İdman.biz xəbər verir ki, "Neşvill" əsas vaxtda Lionel Messinin qoluna Fafa Pikonun dəqiq zərbəsi ilə cavab verib. Penaltilər seriyasında isə "İnter" daha dəqiq olub - 10:9. Eyni zamanda, Mayamidən olan komandanın qapıçısı Dreyk Kallender 11 metrlik zərbəni qola çevirib.

2018-ci ildə əsası qoyulan "İnter Mayami" üçün bu, klubun tarixində ilk tituldur. Messinin klubda keçirdiyi 7 oyunda 10 qolu var.

İdman.biz