Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Vasili Berezutski: "Qarşımıza Avrokuboklara düşmək hədəfi qoyulub" - İdman və Biz

Vasili Berezutski: "Qarşımıza Avrokuboklara düşmək hədəfi qoyulub"

Xəbərlər
29 Noyabr 2024 21:49
208
Vasili Berezutski: "Qarşımıza Avrokuboklara düşmək hədəfi qoyulub"

"Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiz".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Səbail"lə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasında debüt matçını dəyərləndirib: "Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin Camalov bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı. Komanda ilə bağlı fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq. Qarşımıza əsas olaraq Avrokuboklara düşmək hədəfi qoyulub".

Qeyd edək ki, "Sabah" Berezutskinin debüt matçında 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz