“Şimal” 17 yaşlı yarımmüdafiəçi transfer etdi

9 Sentyabr 2026 20:54
96
“Şimal” 17 yaşlı yarımmüdafiəçi transfer etdi

Birinci Liqada mübarizə aparan “Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Xaçmaz Futbol Məktəbinin yetirməsi, 17 yaşlı yarımmüdafiəçi Nöhbala Mahmudov komandanın sıralarına cəlb olunub.

Gənc futbolçu karyerası ərzində paytaxt təmsilçisi “Səbail”in şərəfini qoruyub.

Qeyd edək ki, Mahmudov “Şimal”da 18 nömrəli forma ilə çıxış edəcək.

İdman.Biz