İtaliyanın “Fiorentina” futbol klubu komandanın baş məşqçi postundan uzaqlaşdırdığı Fabio Qrossoya qarşı hüquqi addımlar atmağı planlaşdırır.
İdman.Biz “Sky Sport”a istinadəxn xəbər verir ki, klub Qrossonun müqaviləsinin qalan hissəsi üzrə ödəniş etməmək üçün hüquqi əsaslar axtarır.
A Seriyasında mövsümə ilk üç oyunda məğlubiyyətlə başlayan Qrosso bazar günü gecə saatlarında vəzifəsindən azad edilib. Toskana təmsilçisi onun yerinə dərhal Paolo Vanolinin təyin olunduğunu açıqlayıb.
“Fiorentina”nın hüquq departamenti Qrossonun hərəkətlərinin intizam xarakterli işdən çıxarılma üçün əsas yaradıb-yaratmadığını araşdırır. Klub bununla müqaviləyə əsaslı səbəbdən xitam vermək niyyətindədir.
Məlumata görə, “Fiorentina” Qrossonun transfer strategiyası ilə bağlı ciddi fikir ayrılıqları səbəbindən klub rəhbərliyinə artıq fəaliyyətini davam etdirə bilməyəcəyini bildirdiyini sübut etməyə çalışır.
İtaliyalı mütəxəssis bazar ertəsi “Viola Park” məşq kompleksinə gəlməyəcəyi ilə hədələsə də, rəsmi istefa ərizəsi təqdim etməkdən yayınıb.
