“Nyukasl”ın müdafiəçisi Lyuis Hollun yeni müqaviləsində sərbəstqalma bəndinin yer almadığı məlum olub.
İdman.Biz “Daily Mail”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsində sol cinah müdafiəçisini əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Lakin “Nyukasl” Holla gələn təklifləri nəzərdən keçirmək niyyətində olmayıb.
“Mançester Yunayted”in baş icraçı direktoru Omar Berradaya “Nyukasl”dakı həmkarı Devid Hopkinson Hollun komandadan ayrılmayacağını bildirib. Bu səbəbdən “qırmızı şeytanlar” futbolçu ilə bağlı rəsmi təklif irəli sürməyib.
Holl “Nyukasl”ın əsas heyətində sabit çıxış edən futbolçulardan biridir.
Müqavilədə sərbəstqalma bəndinin olmaması o deməkdir ki, futbolçu ilə maraqlanan klublar əvvəlcədən müəyyənləşdirilmiş məbləği ödəməklə onu transfer edə bilməyəcəklər. Bu halda tərəflər birbaşa “Nyukasl”ın tələb etdiyi transfer məbləği ilə bağlı razılığa gəlməlidirlər.
