Vaqif Sadıqov: “Estonlar da bizim kimi bu görüşə 3 xal gözü ilə baxırlar”

Xəbərlər
13 Oktyabr 2023 13:09
131
Vaqif Sadıqov: “Estonlar da bizim kimi bu görüşə 3 xal gözü ilə baxırlar”

“Təbii ki, qələbə qazanmaq istəyirik. Qalib gələcəyimizə böyük ümidlərimiz var”.

Bunu İdman.biz saytına AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Estoniya – Azərbaycan matçını dəyərləndirən funksioner milli komandamızın qalib gələcəyinə inandığını bildirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, hər 2 yığmanın son oyunlarındakı uğursuzluq bu görüşün gedişinə təsir edəcək: ”Statistikaya baxsaq, artıq 1 dəfə Estoniya üzərində qələbəmiz olub. Bu görüş turnir cədvəli baxımdan da çox vacib oyundur. Bakıda rəqibimizə qalib gələ bilməmişdik. Bu dəfə qələbə qazanmağa ümidlərimiz daha böyükdür. Estoniya da son oyunlarda məğlub olub. Hər 2 komandanın turnir cədvəlində xalı eynidir. Onlar da bu oyundan qələbə gözləyirlər. Estonlar da bizim kimi bu görüşə 3 xal gözü ilə baxırlar. Bu səbəbdən də gərgin oyun olacaq. Hər 2 tərəf məğlub olmaq istəməyəcək və hər 2 tərəf qələbəyə köklənib”.

Sadıqov millimizdən komanda şəklində yaxşı oyun gözlədiyini də vurğulayıb: “Yaxşı performans gözləyirəm. Ayrı-ayrı adlar çəkmək istəməzdim. Komanda şəklində oynayıb, Estoniya səfərində yaxşı nəticə əldə edəcəyimizə inanıram”.

Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Emin Ağa

İdman.biz