Azərbaycan müdafiəçi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" növbəti qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, futbolçumuzun komandası Bolqarıstan çempionatının 14-cü turunda səfərdə "Lokomotiv"ı məğlub edib.
Sofiyada keçirilən oyun "Arda"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal bu qarşılaşmanı ehtiyat oyunçular skamyasında izləyib. Bu nəticədən sonra xalını 24-ə yüksəldən klub 5-ci pillədə yer alıb.
Qeyd edək ki, Hüyenovun komandası növbəti turda liderlər qrupunda yer alan "Botev"i qəbul edəcək.
İdman.biz