Azər Bağırov Sumqayıtdakı heç-heçəni şərh edib

13 Sentyabr 2026 00:14
71
Azər Bağırov Sumqayıtdakı heç-heçəni şərh edib

Misli Premyer Liqasının beşinci turunda “Şamaxı” səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra “Şamaxı”nın baş məşqçisi Azər Bağırov mətbuat konfransında oyunu dəyərləndirib.

“Çox çətin oyun keçəcəyini düşünsək də, futbolçular yaxşı oyun keçirdilər. Sadə səhvdən qapımızda qol gördük. Belə hallar olması futbolda normaldır. Səfərdə oynamaq daha çətindir. Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. “Araz-Naxçıvan”la növbəti matçda psixoloji cəhətdən sıxıntımız olacağını düşünmürəm”, - deyə Bağırov bildirib.

İdman.Biz