Xulian Alvares məşqdə zədələndi

13 Sentyabr 2026 01:58
85
Xulian Alvares məşqdə zədələndi

“Atletiko”nun hücumçusu Xulian Alvares komandanın son məşqində zədələnib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, argentinalı futbolçu məşqi başa çatdıra bilməyib və meydanı vaxtından əvvəl tərk edib.

Alvares tibbi müayinədən keçəcək. Zədə səbəbindən onun La Liqanın beşinci turunda “Real Sosyedad”la matçda iştirakı sual altındadır.

Qeyd edək ki, futbolçu mövsümün əvvəlində “Malaqa” (2:0) və “Sevilya” (3:1) ilə oyunları da buraxıb.

İdman.Biz