Misli Premyer Liqasının beşinci turunda “Sumqayıt” doğma meydanda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib.
“ Hər iki hissədə kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xal qazanmağa layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqib təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməli olduğumuz məqamlar var. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq.
Qarşıda beynəlxalq fasilə var. Bir tərəfdən bu, yaxşıdır, çünki hazırlıq üçün vaxtımız olacaq. Amma yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və hazırlığı tam heyətlə keçirə bilməyəcəyik. İstənilən halda, futbolçularımızın milliyə dəvət alması ilə fəxr edirəm”.
