“Trabzonspor” xorvatiyalı baş məşqçisi ilə vidalaşıb

Xəbərlər
12 Oktyabr 2023 12:21
114
“Trabzonspor” xorvatiyalı baş məşqçisi ilə vidalaşıb

Türkiyənin “Trabzonspor” futbol klubu xorvatiyalı baş məşqçisi Nenad Byelitsa ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, bunu Qara dəniz təmsilçisi rəsmi saytı vasitəsilə açıqlayıb.

Bildirilib ki, apreldə komandanın “sükanı arxasına” gətirilən 52 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Ancaq Byelitsa mövsümün sonuna qədər nəzərdə tutulan maaşını alacaq.

Qeyd edək ki, 8 turdan sonra 12 xal toplayan “Trabzonspor” Superliqada turnir cədvəlinin 7-ci pilləsində yer alır.

İdman.biz