Estoniya – Azərbaycan oyununun hakimləri bəlli olub

Xəbərlər
10 Oktyabr 2023 12:42
93
Estoniya – Azərbaycan oyununun hakimləri bəlli olub

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya – Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

İdman.biz xəbər verir ki, görüş almaniyalı referilərə həvalə edilib.

Matçda baş hakim funksiyasını Robert Şröder yerinə yetirəcək. Onun köməkçiləri isə Kristian Gittelmann və Robert Vessel olacaqlar.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da keçiriləcək.

13 oktyabr
20:00. Estoniya – Azərbaycan
Baş hakim:
Robert Şröder, Kristian Gittelmann, Robert Vessel
Dördüncü hakim: Florian Badstübner

İdman.biz