“Qarabağ” öz meydanında uduzub - VİDEO

Xəbərlər
3 Oktyabr 2024 22:39
2 587
“Qarabağ” öz meydanında uduzub - VİDEO

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gəliblər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Çempionumuz erkən qol vursa da, qonaqlar iki dəfə fərqləniblər.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.

Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö” - 1:2
Qollar:
Olavio Juninyo, 15 - Erik Botheim, 19; 47

Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
"Qarabağ": 97. Fabian Buntiç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
"Malmö": 27. Yohan Dahlin, 17. Yens Streger, 18 Pontus Yansson, 19. Kolin Rösler, 20. Erik Botheim, 25. Qabiel Busanello, 10. Andreas Kristansen (k), 8. Serxio Pena, 23. Lasse Berq Yonson, 16. Oliver Berq, 9. İsaak Kiese Telin,
Ehtiyat oyunçular: 1. Rikardo Friedrix, 35. Soren Rieks, 7. Otto Rozenqren, 14. Sebastyan Yorgensen, 13. Martin Olsson, 38. Uqo Bohlin, 22. Taha Ali, 32. Daniel Qudyonsen. 37. Adrian Skoqmar, 35. Nils Zatterstörm, 34. Zakaria Lukili
Baş məşqçi: Henrik Ridström
Tofiq Bəhramov adına Respublika stadionu

İdman.biz

Məqalədə: