"Klublarımız Superkubokun keçirilməsinə maraq göstərmir".
İdman.biz xəbər verir ki, bunu PFL prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.
O, Azərbaycan kubokunun 2024/25 mövsümünün püşkatmasında bildirib ki, hazırda Superkubok oyununun keçirilməsi aktual deyil: "Superkubok bizdə sonuncu dəfə 2012-ci ildə keçirilib. Bu matçın təşkili üçün vaxt olduqca önəmli amildir. Yalnız titul yarışı olduğu üçün komandalar buna maraq göstərmirlər. Azərbaycan futbol tarixində belə bir təcrübə olub. Ötən il də bu məsələ gündəmə gətirilmişdi. Ancaq hazırda Superkubok keçirilməsi bizim üçün aktual deyil".
Aytac Sahəd
İdman.biz