“Barselona” futbol klubunun prezidenti Joan Laporta “Real Madrid”lə münasibətlər barədə sərt açıqlamalar verib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, funksioner Madrid klubu ilə əlaqələrin tamamilə kəsildiyini bildirib.
“Real” hər açıqlamasında “Barselona”ya hücum edir. Faktların təhrif olunması ilə barışa bilmərik. Ümid edirəm ki, vəziyyət düzəldiləcək və məsələ həllini tapacaq. Siz artıq bilirsiniz ki, Madrid klubu ilə münasibətlərimiz kəsilib. Onlar “Neqreyra işi”nə müdaxilə etdilər. Bizim fikrimizcə, bunu yalnız prosesi uzatmaq, həmçinin öz televiziya kanallarının redaksiya siyasətinə və əvvəlcədən hazırladıqları narrativə haqq qazandırmaq üçün etdilər. Mübahisənin mahiyyəti də budur və hazırda aramızda heç bir münasibət yoxdur”, – deyə Laporta vurğulayıb.
