Elmar Baxşıyevin növbəti qələbə şərhi: "Tam istədiyim komanda deyil"

Xəbərlər
27 Sentyabr 2024 22:23
957
Elmar Baxşıyevin növbəti qələbə şərhi: "Tam istədiyim komanda deyil"

"Tovuz səfərindən sonra məşq keçmək üçün elə çox vaxtımız olmadı. Həmin səfərdə oyunumuz ağır oldu. Futbolçular bərpa prosesi də istənilən kimi keçmədilər. Ümidverici məqam odur ki, komanda müsbət siqnallar verir. Məşq prosesində etdiklərimizi meydanda göstərə bilir. Qələbə qazandıq, amma daha yaxşı olmaq üçün çox çalışmalıyıq".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyev deyib.

O, Azərbaycan Premyer Liqasının 8-ci turunda "Səbail" üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib: "Naxçıvanda oynamaqla bağlı tez-tez suallar verilir. Mənim səlahiyyətimdə olan məsələ deyil. Burdan muxtar respublika rəhbərliyinə səslənirəm ki, komandanın Naxçıvana qayıtması üçün bizə kömək etsin. Əlbəttə, futbolçular da istəyir ki, onlar azarkeşlər önündə oynasın. Ümid edirik ki, tez bir zamanda stadionumuz təmir olunacaq, biz də doğma arenamızda azarkeşlərimizi sevindirəcəyik. Həftəlik proqramımızı elə qurmuşuq ki, komanda hər dəfə qarşıdakı oyunu düşünsün. Seleksiya aparan zaman da tanıdığım futbolçuları dəvət etmişəm. Ümumi götürdükdə, tam istədiyim komanda deyil. Daha rəngarəng oynaya bilərik".

Qeyd edək ki, növbəti qələbədən sonra "Araz-Naxçıvan" lider mövqeyinə yüksəlib.

İdman.biz