“Qarabağ”ın cinah oyunçusu Toral Bayramov “Tottenhem”lə oyunun (0:3) 58-ci dəqiqəsində penaltidən yararlana bilməyib.
İdman.biz xəbər verir ki, 23 yaşlı futbolçu karyerası ərzində ilk dəfə belə uğursuzluqla üzləşib.
Toral ötən il Finlandiyanın HJK (2:1), Sloveniyanın “Olimpiya” (1:1) və Almaniyanın “Bayer” (1:5) klubları ilə oyunlarda onbirmetrlik cərimə zərbəsindən fərqlənə bilib.
İdman.biz