Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb

Xəbərlər
6 Oktyabr 2023 18:12
197
Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb.

İdman.biz xəbər verir ki, bu ada Madrid "Atletiko"sunun hücumçusu Alvaro Morata layiq görülüb.

O, səsvermədə Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellinqhem, "Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund və "Braqa"nın vingeri Armindo Brumanı qabaqlayıb.

30 yaşlı ispan futbolçu qrup mərhələsinin 2-ci turunun Niderland "Feyenoord"u ilə matçda dubla imza atıb. E qrupunun yer alan rəqiblər Madriddə "Vanda Metropolitano" stadionunda qarşılaşıblar. "Atletiko" 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2 turdan sonra ispanların 4 xalı var. Komanda əlavə göstəricilərə görə “Latsio”nu qabaqlayaraq E qrupunda birinci yeri tutur.

İdman.biz