“Qarabağ” Azərbaycanın UEFA reytinqinə daha 0,500 xal gətirib

Xəbərlər
6 Oktyabr 2023 09:35
77
“Qarabağ” Azərbaycanın UEFA reytinqinə daha 0,500 xal gətirib

Avrokubokların qrup mərhələsinin II turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, “Qarabağ” Avropa Liqasında ardıcıl ikinci qələbəsini qazanaraq Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.

İsveçdə “Hekken”i 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0,500 xal gətirib. Yarım xalla cari mövsümün ümumi qazancı 3,625-ə çatıb.

Azərbaycan son 5 mövsümdə ümumilikdə 17,875 xal toplayıb. Ölkəmiz siyahıda 29-cu pillədə qalıb. Azərbaycan siyahıdakı qonşuları Slovakiya və Bolqarıstandan yarım xal geri qalır.

Reytinq cədvəlinə İngiltərə başçılıq edir. İspaniya ikinci pillədə yer aldığı halda, İtaliya “üçlüy”ü qapayır.

İdman.biz