Bu gün “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarının 115 pozuntusu ilə bağlı müstəqil dinləməsi başlayacaq.
İdman.biz xəbər verir ki, ingilis mediası bunu "Əsrin məhkəməsi" adlandırır.
Üç nəfərdən ibarət məhkəmə üzvü təxminən 10 həftə ərzində pozuntuları araşdıracaq və cari mövsümün sonuna qədər hökm çıxarılacaq. Əgər "şəhərlilər" ittihamların hamısında və ya bəzilərində günahkar bilinərsə, klub cərimələr və ya böyük sanksiyalar, xalların silinməsi, hətta Premyer Liqadan kənarlaşdırılmaqla üzləşə bilər.
Qeyd edək ki, Pep Qvardiolanın komandasının bu pozuntuları 2009-cu ildən 2018-ci ilə qədər həyata keçirdiyi iddia olunur. Komandanın maliyyə pozuntuları ilə bağlı sənədlərinin araşdırılmasına 2023-cü ilin fevral ayından qərar verilib.
İdman.biz