"Golden Boy" mükafatının 2026-cı il üçün 25 namizəddən ibarət siyahısı açıqlanıb.
İdman.Biz xəbər verir ki, siyahıda “Barselona” və İspaniya millisinin 19 yaşlı vingeri Lamin Yamalın adı yer almayıb.
Futbolçunun namizədlər arasında olmaması mükafatın qaydaları ilə bağlıdır. Belə ki, bir futbolçu Golden Boy mükafatını iki dəfə qazana bilməz. Yamal 2024-cü ildə bu mükafata layiq görülüb.
"Golden Boy" mükafatı 2003-cü ildə İtaliyanın “Tuttosport” nəşri tərəfindən təsis edilib. Mükafat hər il Avropada çıxış edən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunur.
Son beş ildə mükafatın qalibləri Pedri, Qavi, Cud Bellinqem, Lamin Yamal və Dezire Due olub.
