Fransa millisinin və “Bavariya”nın futbolçusu Maykl Olise 2026-cı ildə yığmanın heyətində məhsuldar çıxışı ilə diqqət çəkir.
İdman.Biz xəbər verir ki, Olise Millətlər Liqasının dördüncü turunda Belçika ilə keçirilən və 4:1 hesabı ilə başa çatan matçda dubl edib, eyni zamanda məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun bu il Fransa millisində qol və assistlərinin ümumi sayı 17-yə çatıb. O, yeddi qol vurub və 10 məhsuldar ötürmə edib.
Opta-nın məlumatına görə, XXI əsrdə yalnız Tyeri Anri bir təqvim ili ərzində Fransa millisində bundan daha yüksək göstəriciyə imza atıb. Əfsanəvi hücumçu 2003-cü ildə komandanın 19 qolunda birbaşa iştirak edib.
Olise isə hazırkı göstəricisi ilə Anrinin rekorduna yaxınlaşıb və Fransa millisində əsas fiqurlardan birinə çevrilib.
