İspaniyanın baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı darmadağın məğlubiyyəti barədə danışıb

6 Oktyabr 2026 01:10
75
İspaniyanın baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı darmadağın məğlubiyyəti barədə danışıb

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının dördüncü turunda Xorvatiyaya qarşı keçirəcəkləri qarşılaşma haqqında fikirlərini bölüşüb.

İdman.Biz AS-a istinadən xəbər verir ki, mütəxəssis çətin oyun gözlədiyini bildirib.

Onun sözlərinə görə, xorvatların son qarşılaşmada İngiltərədən aldıqları 0:7 hesablı böyük məğlubiyyətin rəqibi əlavə olaraq motivasiya edəcək:

"Xorvatiyadan həmişə gözlədiyimi gözləyirəm. Bu, fantastik oyunçuları olan fantastik komandadır. Bir neçə gün əvvəl baş verənlərə gəldikdə, futbolda belə hallar olur. Məsələn, Braziliya 2014-cü il dünya çempionatında Almaniyaya 1:7 hesabı ilə uduzmuşdu, Almaniya isə İspaniyaya 0:6 hesabı ilə uduzmuşdu", – deyə de la Fuente bildirib.

Baş məşqçi bildirib ki, İspaniya yığması son görüşlərdə nümayiş etdirdiyi oyun səviyyəsini qoruyub saxlamaq niyyətindədir.

"Qarşımızda çox motivasiyalı komanda olacaq, amma biz də motivasiyalı olacağıq. Belə atmosferdə oynamağı xoşlayırıq. Bu, inanılmaz olacaq. Azarkeşlərin enerjisini hiss etməyi xoşlayıram - bizi dəstəkləyib-dəstəkləməmələrindən asılı olmayaraq. Bu, həmişə futbolçuları motivasiya edir".

Xorvatiya - İspaniya matçı bu gün Splitdəki "Polyud" stadionunda baş tutacaq.

İdman.Biz