Emrelinin debütü baş tutmayıb

14 Sentyabr 2024 17:28
368
Emrelinin debütü baş tutmayıb

Almaniyanın II Bundesliqa klubunun şərəfini qoruyan Mahir Emrelinin “Nürnberq”də debütü reallaşamyıb.

İdman.biz xəbər verir ki, millimizin futbolçusu ilk dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Emrelinin komandası 5-ci turda “Ulm”un qonağı olub. Matç Mahirin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 7-ə çatdıran “Nürnberq” 11-ci pillədə yer alıb.

İdman.biz