İtaliyanın 6-cı divizionunda maraqlı hadisə baş verib.
İdman.biz xəbər verir ki, “Pontasseve”- “Subbyano” matçında qonaqların baş məşqçisi Andrea Benedetti gözlənilməz hərəkət ilə gündəmə gəlib.
Baş məşqçi rəqib hücumu zamanı meydana daxil olaraq “Pontasseve”nin oyunçusunu yerə yıxıb. Bu hərəkətdən sonar Andrea əllərini havaya qaldırıb üzr istəsə də, bu, onu xilas etməyib. Hakim mütəxəssisə qırmızı vərəqə verərək, onu texniki zonadan uzaqlaşdırıb.
Baş verən hadisədən sonra azarkeşlər 54 yaşlı çalışdırıcının ömürlük futboldan diskvalifikasiya olunmasını tələb ediblər.
Qeyd edək ki, Andrea Benedetti 2008-2011-ci illərdə “Fiorentina”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.
İdman.biz