“Şahdağ Qusar” və “Gəncəbasar” doqquz xalla lider oldular - YENİLƏNİB + VİDEO

17 Sentyabr 2026 18:55
754
“Şahdağ Qusar” və “Gəncəbasar” doqquz xalla lider oldular

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında üçüncü turun ikinci oyun günündə üç qarşılaşma baş tutub.

İdman.Biz xəbər verir ki, “Şimal” doğma meydanda “Şahdağ Qusar”a 1:4 hesabı ilə uduzub.

“Mingəçevir” “Gəncəbasar”a 0:3, “Baku Sportinq” isə “Səbail”ə 0:1 hesabı ilə məğlub olub.

Birnci Liqa

Üçüncü tur

“Şimal” - “Şahdağ Qusar” - 1:4
Qollar: C.Kəlbəliyev, 74 // U.İsmayılov, 7; S.Məmmədov, 37; F.Camalov, 83; M.Baxşalı, 86

“Mingəçevir” - “Gəncəbasar” - 0:3
Qollar: D.Açimi, 39-pen; 73-pen; S.Əhmədov, 80

“Baku Sportinq” - “Səbail” - 0:1
Qol: Y.Said, 28

Bu nəticələrdən sonra “Şahdağ Qusar” və “Gəncəbasar” doqquz xalla turnir cədvəlinə liderlik edir. “Səbail” isə yeddi xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, üçüncü tura sabah yekun vurulacaq.

10:24

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında üçüncü turun oyunları davam edəcək.

İdman.Biz xəbər verir ki, turun proqramında üç qarşılaşma yer alıb.

“Şahdağ Qusar” Şamaxıda “Şimal”la üz-üzə gələcək. “Gəncəbasar” səfərdə “Mingəçevir”in qonağı olacaq. “Səbail” isə “Baku Sportinq”lə qarşılaşacaq.

Azərbaycan Birinci Liqası
Üçüncü tur

17 sentyabr (cümə axşamı)

16:30. “Şimal” - “Şahdağ Qusar”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Mingəçevir” - “Gəncəbasar”
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

16:30. “Baku Sportinq” - “Səbail”
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Baku Sportinq Arena”.

Qeyd edək ki, turun açılış matçında “Karvan Yevlax” “Zaqatala”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlinin liderliyinə yüksəlib.

İdman.Biz