Slovakiyanın baş məşqçisi: "Azərbaycan penaltini dəqiq yerinə yetirsə idi..."

Xəbərlər
8 Sentyabr 2024 00:14
606
Slovakiyanın baş məşqçisi: "Azərbaycan penaltini dəqiq yerinə yetirsə idi..."

"Azərbaycan yığması əks-hücumlar zamanı çox təhlükəlidir".

İdman.biz xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona deyib.

İtaliyalı mütəxəssis UEFA Millətlər Liqasında millimizlə matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. Kalzona komandamızın İsveçlə oyununu dəyərləndirilib: "Rəqibin İsveçlə oyununu diqqətlə təhlil etmişik. Əgər azərbaycanlılar penaltini dəqiq yerinə yetirsə idilər, nəticə tamamilə fərqli ola bilərdi. Bizi ötən Millətlər Liqasında məğlub edən komanda ilə ciddi oyun gözləyir. Rəqib topu ələ keçirərkən çox təhlükəli olur. İki il əvvəl də belə idi. Azərbaycan yığmasında yüksək səviyyəli futbolçular olduğunu unutmayaq. Biz yaxşı oyunla qələbə qazanmalıyıq. Onlar çox qol buraxmırlar".

Qeyd edək ki, millimiz turnirin ilk turunda öz meydanında İsveçə 1:3 hesabı ilə uduzub, Slovakiya isə səfərdə Estoniyaya qalib gəlib - 1:0.

İdman.biz